Göygöldə eşşəyin səsinə görə qonşusunu döyən şəxs həbs edilib.

Hadisə Göygöl rayonu, Üçtəpə kəndində baş verib.

Eşşəyin səsindən narahat olan Namiq M. dəfərələrlə Elnur adlı qonşusuna narazılıq edib.

Sonuncu dəfə Namiq M. Elnurun evinə gələrək eşşəyi oradan uzaqlaşdırmasını və ümumiyyətlə satmasını istəyib. Namiq eşşəyin səsindən bezidiyini, rahat yaşaya bilmədiyini deyib.

Mübahisə zamanı Elnur Namiqin gözünə zərbə endirib və onun qaş nahiyəsi partlayıb.

Elnura qarşı qəsdən sağlamlığa yüngül zərər vurma maddəsi ilə cinayət işi açılıb və barəsində 6 ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Zərərçəkmiş Namiq qonşusunu bağışlamayıb. Deyib ki, Elnura dərs olması üçün cəza verilməlidir, amma yüngül. 

Leave A Reply