Putin təyyarə qəzasının Rusiya hava məkanında baş verdiyinə görə üzr istəyib.

”Faciəvi hadisənin Rusiya hava məkanında baş verdiyinə görə üzr istəyirəm, bir daha həlak olanların ailələrinə dərin və səmimi başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını arzulayıram.

Qrafiki ciddi şəkildə yerinə yetirən Azərbaycan sərnişin təyyarəsi dəfələrlə Qroznı hava limanına enməyə cəhd edib.

Bu vaxt Ukraynanln hərbi pilotsuz uçuş aparatlarının Qroznı, Mozdok və Vladiqafqazda hücumu olub və Rusiyanın hava hücumundan müdafiə sistemləri bu hücumları dəf edib.

Rusiya İstintaq Komitəsi Cinayət Məcəlləsinin 263 maddəsi ilə (hərəkət təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarını pozma) cinayət işi açıb. İbtidai istintaq hərəkətləri aparılır, mülki və hərbi mütəxəssislər dindirilir.” – Vladimir Putin

Leave A Reply