Fransa Ermənistana GM200 radiolokasiya sistemləri verəcək və orduda islahatları dəstəkləyəcək.
Dünən Ermənistanın müdafiə naziri Suren Papikyanla Fransalı həmkarı Sebastyan Lekorn arasında ikitərəfli əməkdaşlığa dair sənədlər imzalanıb.
Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Nazirlər Fransanın GM200 radiolokasiya sistemləri və “Mistral” qısamənzilli hava hücumundan müdafiə sistemlərinin Ermənistana tədarükü ilə bağlı anlaşma memorandumu imzalayıblar.
Fransa Müdafiə naziri Sebastyan Lekorn bildirib ki, rəsmi Paris Ermənistana quru qoşunlarının inkişafında kömək edəcək, orduda islahatlar və modernləşdirmə səylərini dəstəkləyəcək.