Məşhur tədqiqatçı Fuad Axundov deyib ki, İçərişəhərdə çəkiliş aparmaq üçün kimlərdənsə icazə alınması utancverici haldır.
O, İçərişəhərdə film çəkilişləri üçün böyük məbləğ tələb edilməsi barədə danışıb:
“Mən qəti şəkildə bunu əleyhinəyəm və hesab edirəm ki, İçərişəhərdə çəkilişlər üçün bütün qadağalar aradan qaldırılmalıdır. Mən özüm bir neçə dəfə orada çəkiliş aparmışam və hər dəfə də kiminsə icazəsini almalı olursan. Məsələ hətta pulda da deyil. Sadəcə olaraq kimsə icazə verməlidir. Bu, utancverici haldır.
Əksinə çəkilişlər üçün təşviq etmək lazımdır. Dünyanın bir çox şəhərlərində məhz belədir. Özləri təşviq edirlər ki, gəlin bizim ərazidə çəkilişlər aparın. Götürək elə Tbilisini. Əgər siz şəhərin hər hansı bir tarixi yerində çəkiliş aparmaq istəsəniz, heç kimdən icazə almaq lazım deyil”.

Leave A Reply