
Şortik üstündə dava: adam bıçaqlanıb
Gəncədə şortikə görə bıçaqlanma hadisəsi yaşanıb
Samux rayon sakini, 54 yaşlı İlimşah Şahvələdov Gəncə şəhərində bıçaqlanıb.
Məlumata görə, onun geyindiyi şortikə görə məhəllədə olan bir qrup şəxslə mübahisə yaranıb. Mübahisə qızışaraq əlbəyaxa və bıçaqlı davaya çevrilib.
İlimşah Şahvələdov çiyin nahiyəsindən iki bıçaq zərbəsi alıb. Hadisəni törətməkdə 43 yaşlı Emin Dünyamalıyev şübhəli bilinib.
Yaralı xəstəxanaya çatdırılıb və əməliyyat olunub.