Növbə qazilərə də çatdı.

Jurnalistlər və hüquq müdafiəçilərindən sonra indi də qazilərin QHT işi başlayır.

“Gənc Qazilər Birliyi”nin sədri Hacı Vəliyev saxlanılıb.

Xəbəri Daxili İşlər Nazirliyi (DİN) təsdiqləyib.

Məlumata görə, Hacı Vəliyev dünən gecə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

DİN-dən verilən xəbərə görə, Hacı Vəliyev özü barəsində olan cinayət işi ilə əlaqədar saxlanılıb.

Hökumətyönlü media yazır ki, onun sədri olduğu “Gənc Qazilər Birliyi” qeyri-hökumət təşkilatı (QHT) kimi dövlət qeydiyyatına alınmadığı üçün saxlanılıb.

Leave A Reply