Dövlət Gömrük Komitəsi hamıya qənim kəsilib.
Bir neçə gün öncə Gömrük Komitəsində işçilərin 3 ay maaş almadıqları barədə xəbər paylaşmışdıq.
Daha sonra keçmiş gömrükçülərin pensiyalarının kəsildiyi haqqında məlumat paylaşmışdıq.
İndi isə Gömrük Akademiyasında təqaüdlər verilmir.
Dövlət Gömrük Akademiyasının bir qrup tələbəsi iki aydır təqaüdlərini ala bilmədiklərini deyiblər.
Onların sözlərinə görə, dekabr və yanvar ayları üçün təqaüdləri köçürülməyib.
