Mikroskop Media OC Media-ya istinadən xəbər verir ki, Gürcüstanda ötən həftə “Mtavari” və “Formula” kanallarının əməkdaşları öz vəzifələrini yerinə yetirərkən hücuma məruz qalıblar. “OC Media”nın məlamatına əsasən cümə günü səhər saatlarında müxalifyönümlü “Mtavari”telekanalının Zuqdidi şəhəri üzrə müxbiri Ema Qoqoxia və telekanalın operatoru Mühafizəkarlar Hərəkatı partiyasının ofisi yaxınlığında hücuma məruz qalıb. Qoqoxianın sözlərinə görə, onu yaralayıblar, avadanlıqları sındırılıb. Operator isə təxminən 8 nəfər tərəfindən döyülüb. O əlavə edib ki, çəkiliş etdikləri bir vaxtda dörd avtomobil dayanıb və onlar mis beşbarmaq taxan şəxslərin hücumuna məruz qalıblar.

Hücuma nə səbəb olub: Kanaldan bildiriblər ki, fəalların “Alt-İnfo” medianın Zuqdididə yerləşən ofisinin divarlarına Ukraynanı dəstəkləyən mesajlar yazmaları və Zuqdidi bələdiyyəsinin əməkdaşlarının oranı təmizləməsi ilə bağlı reportaj hazırlanırmış.

Alt-İnfomedia qurumunun tanınmış komanda üzvlərindən biri Şota Martinenko hücumun görüntülərini feysbukda “Mühafizəkar Hərəkat partiyası Zuqdididə Vahid Milli Hərəkatın üzvlərinə qarşı” başlığı ilə paylaşıb.

Gürcüstanın Xüsusi İstintaq Xidməti jurnalistin işinə müdaxilə edilməsi ilə bağlı cinayət işi açıb və buna görə maksimum 2 ilə qədər həbs cəzası verilə bilər.

Mühafizəkarlar Hərəkatı  partiyası haqqında: Partiya Gürcüstanın sağçı və Rusiyayönümlü ekstremist  “Alt-İnfo” media qurumu tərəfindən qurulub və 2021-ci il  dekabrın 7-də Gürcüstanın Dövlət Reyestri tərəfindən rəsmi qeydiyyata alınıb.

Formula TV komandasına hücum: Jurnalistlər Tbilisidə İrakli Abaşidze küçəsində yerləşən bir kafedə çəkiliş apararkən kafenin müdirlərindən biri aqressivləşib. Kanalın müxbiri Nino Çakvetadze bildirib ki, həmin şəxs onların çalışdıqları televiziyanı öyrəndikdən sonra onlara hücum edərək onu və iki operatoru yaralayıb.

Jurnalistlərə hücum edən şəxs cümə günü saxlanılıb və jurnalistlərin işinə müdaxilə etdiyi üçün ittiham olunub. Xüsusi İstintaq Xidmətinin rəhbəri Koka Katsitadze isə qeyd edib ki, həmin şəxs daha ciddi ittihamlarla üz-üzə qala bilər.

Hadisəyə ictimai münasibət: Bir çox media qurumu və vətəndaş cəmiyyəti üzvləri Gürcüstan hökumətini jurnalistlərə qarşı zorakılığı təbliğ etməkdə günahlandırıb. Onlar xüsusilə də 2021-ci ilin iyul ayında homofoblar tərəfindən yaradılan iğtişaşlar zamanı ən azı 50 jurnalistin hücumuna məruz qaldığını bildiriblər. “Alt-İnfo”  həmin iğtişaşların əsas təşkilatçıları biri olub.

Media Vəkilliyi Koalisiyası” (Media Advocacy Coalition) jurnalistlərə qarşı edilən son iki hücumdan sonra “mediaya qarşı düşmən mühit” yaradıldığını  iddia edib və  “hökümətin jurnalistlərə qarşı törədilən bir sıra cinayətlərə qeyri-adekvat reaksiyası verməsinin” hücum edən şəxsləri cəsarətləndiyini bildirib.

 

 

Mənbə: Mikroskop Media

 

 

 

Leave A Reply