Gürcüstanın dövlət universitetlərində təhsil pulsuz olacaq, Azərbaycanın təhsil naziri isə deyir ki, heç yerdə pulsuz təhsil yoxdur.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze qeyd edib ki, yeni maliyyələşdirmə modeli çərçivəsində tələbələrin təhsilə marağını və motivasiyasını qorumaq üçün xüsusi mexanizmlər nəzərdə tutulub.

“Pulsuz ali təhsillə bağlı çox aydın açıqlama verildi. Gürcüstanda ilk dəfə olaraq dövlət universitetlərində ali təhsil tələbələr üçün pulsuz olacaq. Tələbələrin motivasiyasını itirməməsini təmin etmək üçün müəyyən mexanizmlər yaradılıb”, – deyə Kobaxidze bildirib.

zərbaycanın Elm və Təhsil naziri Emin Əmrullayev isə pulsuz təhsillə bağlı fərqli fikirdədir:

“Əvvəla, “pulsuz” təhsil dünyanın heç yerində yoxdur. Təhsil həmişə ödənişlidir. Sadəcə olaraq, bu xərc müəyyən sayda vətəndaş üçün dövlət tərəfindən qarşılanır”.

Təəssüf ki, Emin Əmrullayevin arqumentasiyası adi manipulyasıdır. Heç kəs “pulsuz təhsil” deyəndə təhsilin pulsuz başa gəldiyini nəzərdə tutmur. “Pulsuz təhsil” dedikdə təhsilin tələbələr üçün pulsuz olması, ödəniş etmədən təhsil almaq hüquqları nəzərdə tutulur. Bu ifadəni istifadə edən Gürcüstan Baş naziri də bunu nəzərdə tutur, Azərbaycan vətəndaşları da. Sadəcə olaraq, Əmrullayev dövlət təqaüdlərinin azaldılması problemini söz oyunuyla manipulyasiya edərək, “həll etməyə” çalışır.

Leave A Reply