Rüşvət ittihamı ilə məhkum edilmiş sabiq baş həkim İmran Ağayevə yüksək vəzifə verilib
O, Azərbaycan Tibb Universitetinin Tədris Stomatoloji Klinikasının direktor müavini vəzifəsinə təyin edilib.
İmran Ağayev FHN Modul tipli Hospitalının baş həkimi olub. O, FHN nazirinin müavini general-leytenant Faiq Tağızadənin bacısı oğludur.
İmran Ağayev Covid-19 xəstələrini FHN hospitalının “VIP korpus”larına yerləşdirmək və özəl klinikadan hospitala köçürülməsi müqabilində rüşvət almaqda ittiham edilib.
O, 2021-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il 3 ay müddətinə həbs edilib. Sonra Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 4 ilə, Ali Məhkəmə isə 3 ilə endirib. İmran Ağayev bu ilin aprel ayında azadlığa çıxıb.
Foto: İmran Ağayev