Bu qədər də olmaz!
Dediyimiz hər şey oldu…

İşçilərin hüquqlarını qorumalı olan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında işçilər iş saatından artıq işlədilir.
2024-cü ildən sədr seçilən Sahib Məmmədov işdən axşam saat 6-da yox, 9-10 arası, bəzən isə saat 11-də çıxır.
S.Məmmədov Aparatı tərk etmədən isə rəhbər heyət daxil olmaqla heç kim evə buraxılmır.
Bu da işçilər arasında narazılığa səbəb olub. Onlar deyirlər ki, qanunvericiliyə uyğun olaraq iş saatları 18:00-da bitməlidir.
