Hacı Taleh Bağırzadənin məktubu yayılıb.

“Hakimiyyət həbslər ilə sonunun yaxınlaşdığını göstərir”

Bağırzadənin həbsdən ünvanladığı məktubun tam mətni belədir:

“Növbəti həbslər və növbəti dəfə hüquq sütunlarının hədəfə alınması. Bir neçə il öncə rejim həbslərlə bağlı ehtiyatlı və həssas davranış sərgiləyirdisə, bu gün o bütün qırmızı xəttləri aşaraq heç bir narahatlıq yaşamadan bunu həyata keçirməyə davam edir.

Həftənin mənzərəsində azad medianın son budaqları olan Meydan TV-nin 6 üzvü, insan hüquqlarının qorunması üçün durmadan mücadilə aparan Rüfət Səfərov və Azər Qasımlı barəsində cinayət işinin başlanılması, onların şərlənərək həbs edilməsi vəziyyətin nə qədər acınacaqlı duruma düşdüyünü ifadə edir.

Birmənalı olaraq həbsləri, fikir, düşüncə və azad sözə ünvanlı addımları məhkum edir, bütün bunları mövcud idarəçilikdə tənəzzülün son həddinə eniş kimi qiymətləndirirk. Əgər həbs dalğası bu qədər amansız və sərhədsiz hal alıbsa, bu rejimin artıq son mərhələyə qədəm qoyduğunu göstərir.

Tarixən hələ elə bir dövlət olmayıb ki, öz xalqına zülm etməklə hakimiyyətini sürdürə bilsin.

Bir daha qəti olaraq həbsləri qınayır və hakimiyyətdən bütün siyasi məhbusların azadlığını təbləb edirik.

Hacı Taleh Bağırzadə
12 saylı cəzaçəkmə müəsisəsi”.

Leave A Reply