Daha bir media bağlanır

Hökumət “BBC News Azərbaycanca“nın fəaliyyətinin dayandırılmasına göstəriş verib.

Bu barədə BBC bu gün məlumat yayıb.

Bildirilir ki, Azərbaycan XİN-dən şifahi göstəriş aldıqdan sonra Bakı ofisini bağlamaqla bağlı “könülsüz qərar“ qəbul edib:

“Biz mətbuat azadlığına qarşı bu məhdudlaşdırıcı addımdan dərin təəssüf hissi keçiririk. BBC bəyan edib ki, bu qərar Azərbaycana və Azərbaycandan xəbər verilməsi fəaliyyətinə əngəl yaradacaq“, – deyə BBC-nin sözçüsü deyib.

Məlumata görə, “BBC Azərbaycanca“nın müxbirlərinin sayı 1 nəfərə endiriləcək.

BBC-dən bildirilib ki, qurum Azərbaycan dilində xəbər verməyə davam edəcək.

Qeyd edək ki, BBC-nin Azərbaycan dilində xidməti 1994-cü ildən bəri fəaliyyət göstərirdi.

Leave A Reply