Avropa İnsan Haqları Məhkəməsi bu il Azərbaycan üzrə ilk qərarını qəbul edib
Qərara əsasən, Azərbaycan hökuməti indiki “Qış Parkı” ərazisində sökülən evlərə görə vətəndaşlara 1 milyon 693 min avro (təxminən 3 milyon manat) cərimə ödəyəcək.
Məhkəmə prosesi 18 ərizəçinin təqdim etdiyi 14 şikayət ərizəsi üzrə keçirilib. Ərizəçilər “Qış Parkı”nın inşası zamanı mülkiyyət hüquqlarının pozulduğunu iddia edən Bakı sakinləri olub.

Avropa Məhkəməsi hələ 2 il əvvəl onların iddia etdikləri pozuntuları tanımış, tərəflərə təzminat məsələsini həll etmələri üçün vaxt vermişdi.
Bu gün ərizəçilərin ədalətli kompensasiya tələbləri üzrə qərar elan edilib. Qərara görə, ərizəçilərə ümumilkdə 1 milyon 693 min 892 avro məbləğində maddi və mənəvi zərər əvəzi ödənilməlidir.