Daxili işlər naziri Vilayət Eyvazov

Görüşdə həmçinin, Daxili İşlər Nazirliyindən  digər yüksək rütbəli şəxslər də  iştirak ediblər

Bugün, dekabrın 13-də Müdafiə Xətti hüquq-müdafiə təşkilatının nümayəndələrini daxili işlər naziri Vilayət Eyvazov qəbul edib.

Görüşdə həmçinin, Daxili İşlər Nazirliyindən digər yüksək rütbəli şəxslər də iştirak ediblər:

“Görüş zamanı polis-vətəndaş münasibətləri, aksiyalar zamanı polis əməkdaşlarının jurnalistlərlə və hüquq müdafiəçilərlə davranışı müzakirə olunub” – deyə hüquq müdafiəçiləri bildiriblər.

Görüşün konstruktiv keçdiyini qeyd edən təşkilatın nümayəndələri habelə deyiblər ki, məsələlərə dair təkliflər verilib, fikir mübadiləsi aparılıb.

Görüşlə bağlı nazirlikdən isə, hələlik, açıqlama almaq mümkün olmayıb.

 

Mənbə: Azadlıq Radiosu

Leave A Reply