Keçmiş deputat Hüseynbala Mirələmovun oğlu su pulunu ödəmədiyi üçün məhkəməyə verilib.
“Azərsu” ASC Nəsimi Rayon Məhkəməsində bu səbəbdən iddia qaldırıb.
Məsələyə iddiaçı qurum da münasibət bildirib.
Qurumun yaydığı məlumatda deyilir ki, Xəzər rayonu Şüvəlan qəsəbəsində yaşayan Fərid Mirələmovun həmin ünvan üzrə mənzilə verilən içməli suya görə borcu yaranıb, Ona qanunauyğun şəkildə xəbərdarlıq olunsa da, borcu ödəməyib.