2022-ci ilin mart ayında Laçında əsgərlər – Fərid Məmmədov və Firdovsi Abdullayev itkin düşmüşdülər.

Onların meyitləri 2 il sonra – 2024-cü il iyulun 3-də Kəlbəcər rayonu, İstisu qəsəbəsindəki Yüzbulaq yaylağının ərazisində tapılmışdı.

Əsgərlərin ölümü ilə bağlı açılan cinayət işinin təfərrüatı məlum olub.

Təbriz Babayev komandir olaraq qarlı, çovğunlu havada əsgərləri ona siqaret gətirmələri üçün digər döyüş mövqeyinə göndərib. Təbriz Babayevin tabeliyində olan əsgərlərə qarşı zor tətbiq etdiyi, onlara işgəncə verdiyi də müəyyən edilib.

Taleh Həmşəyev isə əsgərlərin siqaret gətirməyə getdiyi digər döyüş mövqeyinin komandiri olub. Taleh Həmşəyevə ona görə ittiham verilib ki, əlverişsiz hava şəraitində onun yanına siqaret götürməyə gələn əsgərləri geri göndərib.

Məhkəmənin hökmü ilə Təbriz Babayev 8 il azadlıqdan məhrum edilib. Taleh Həmşəyev barəsində isə şərti cəza təyin edilib.

Leave A Reply