İlham Əliyev İspaniyanın Qranada şəhərində oktyabrın 5-nə planlaşdırılan beştərəfli görüşdən imtina edib.
Bu barədə APA məlumat yayıb.
Görüş üçün təklif olunan beşli formatda Ermənistan-Azərbaycan-Fransa-Almaniya-Avropa İttifaqı iştirak edəcəkdilər.
Yayılan məlumata görə, Azərbaycan görüşdə Türkiyənin də iştirak etməsini istəyib, lakin bu təklif Fransa və Almaniyanın təkidilə qəbul edilməyib. Bundan sonra rəsmi Bakı görüşdə iştirak etməkdən imtina edib.