İmişlidə qəzaya görə 17 yaşlı Bəylər həbs edildi.

Yanvarın 18-də, İmişli şəhərində DYP avtomobili ilə “Mercedes” markalı maşının iştirakı ilə qəza baş vermişdi.

Belə ki, sürətlə gələn DYP avtomobilinin “Mercedes”lə toqquşması nəticəsində iki məktəbli ölmüşdü.

Hadisəylə bağlı “Mercedes”in sürücüsü, 17 yaşlı Bəylər Bayramlı saxlanılıb.

Ona qanunsuz olaraq avtomobil ələ keçirmə, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olduqda və yol nəqliyyat hadisəsi yerindən qaçma maddələri ilə cinayət işi açılıb. 

Leave A Reply