İranlı deputat Azərbaycanı “vurmağa” çağırıb
İran parlamentinin üzvü Cəlal Rəşidi bu təkflilə çıxış edib.
“Sionistlərin İran torpağına hərbi hücumuna qarşı qəti və bənzər cavab verməkdə səbr göstərmək və ya gecikmək İranın böyük adının nüfuz və şərəfinə ağır zərbə vurmağa bərabərdir. Təklifim odur ki, sionistlərin region ölkələrinin birindəki diplomatik mərkəzlərini, daha yaxşısı Azərbaycanı açıq və birbaşa hədəfə almaqdır”.
Qeyd edək ki, İsrail dünən İranın Suriyadakı səfirliyini bombalayıb. Nəticədə İranın səfirlik işçiləri və bir neçə hərbçi, o cümlədən bir general həlak olub.
Foto: Hamam Times