Tibb Universitetində nə baş verir?
Dünən Tibb Universtitetinin müəllimi tələbə qızların şəklini sosial mediada paylaşaraq, bəzi geyimlərə görə dərsə buraxmayacağını yazıb.
Bu hadisə tələbələrin etirazına səbəb olub.
Şikayət edirlər ki, Tibb Universitetində vəziyyət dözülməz hal alıb:
“Dekanlıq paltarımızın boyunu ölçür, müəllimlər bizi alçaldır. Bəzi müəllimlər isə dərsləri oğlanlara baxaraq danışır, qızların onsuz da gələcəkdə ərə gedib, işləməyəcəyini deyirlər. Elə bil, İranın əxlaq polisi Tibb Universitetinə gəlib”.
Təhsil Nazirliyi, Tələbə Gənclər Təşkilatları hara baxır? Bu tələbələri kim müdafiə etməlidir?