İstanbulda son 72 saatda saxta spirtli içkilərdən ölənlərin sayı 30-a yüksəlib.
Bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, 31 nəfərin müalicəsi reanimasiyada, 18 nəfərin isə palatada davam etdirilir.
İstanbul Valiliyi saxta spirtli içkilərə qarşı yoxlamaların aparıldığını deyib.
Hadisəylə əlaqədar bazara külli miqdarda saxta spirtli içki çıxaran 2 nəfər həbs edilib.