İtaliyalı güləşçi Eurosporta müsahibəsində sensasion iddia ilə çıxış edib:
“Mən bilirdim ki, mənə Bakıda çətin olacaq, çünki həm rəqib meydanıdır, həm də onlar hamını pulla almışdılar. Azərbaycan idmançılarının bütün görüşlərini yalnız bir hakim – Aleksey Bazulin idarə edirdi.
Mən finala qədər gəldim. Final günü onlar (Azərbaycan komandasından kimlərisə nəzərdə tutur) mənə yaxınlaşıb məğlub olmağım üçün 300 min dollar təklif etdilər. Mən qəti imtina etdim. Çünki mən tək özümü deyil, İtaliyanı, xalqımı, ordumu təmsil edirəm. Sübut? Mən özüm canlı sübutam. Mən rüşvətdən imtina etdim və məğlub oldum”.
Qeyd edək ki, Bakıda keçirilən Olimpiya təsnifat turnirində Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə əldə edən güləşçimiz Turan Bayramov finalda italiyalı Frenk Çamizionu məğlub etmişdi.
Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
İtaliyalı güləşçi: “Bakıda məğlub olmağım üçün 300 min dollar təklif etdilər”
1 dəqiqəyə oxunur