Jurnalist Nurlan Qəhrəmanlının (Libre) saxlanıldığı bildirilir.

Bu xəbəri onun dostları yayıb.

Məlumata görə, jurnalist “Meydan TV işi“ ilə bağlı saxlanılıb.

Bildirilir ki, Nurlan Qəhrəmanlı bu gün günorta saatlarında Bakıda polis əməkdaşları tərəfindən saxlanılaraq, Sumqayıta yaşadığı evə aparılıb.

Jurnalistin Sumqayıtda yaşadığı evdə axtarış aparıldığı bildirilir.

“Facebook”da yazılanlara görə, onun daha sonra hara aparıldığı məlum deyil.

Hüquq mühafizə orqanları jurnalist Nurlan Qəhrəmanlının saxlanılmasına münasibət bildirməyib.

Leave A Reply