Çeçenistanın rəhbəri Ramzan Kadırov çox sürətli və ya yavaş templi musiqilərə qadağa qoyub.

Bu barədə respublikanın mədəniyyət naziri Musa Dadayev açıqlama verib.

Onun sözlərinə görə, bu barədə yekun qərar Çeçenistan Respublikasının başçısı Ramzan Kadrovla razılaşdırılıb: “Bundan sonra bütün musiqi, vokal və xoreoqrafik əsərlər dəqiqədə 80-dən 116-dək zərbə tempinə uyğun olmalıdır”.

Çeçenistan Mədəniyyət Nazirliyinin rəhbərinin sözlərinə görə, bu qərar yerli qrupların ifa etdiyi musiqinin “Çeçen mentalitetinə və musiqi ritminə” uyğun olmasını təmin etmək üçün verilib.

 

Leave A Reply