Mənbə: google.az
Bildirilib ki, iaşə obyektlərində hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmamaq şərti ilə müştərilərə açıq hava şəraitində xidmət göstərilməsinə icazə verilir:
“Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarında ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə açıq hava sahəsində yerində xidmət saat 09:00-dan 22:00-dək (qəlyan avadanlıqlarından istifadə və hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmaq istisna olmaqla) həyata keçiriləcək”.
Avqustun 7-də Nazirlər Kabineti bəzi istehsal, ticarət və xidmət sahələrinin fəaliyyətinə icazə verilməsi haqqında qərar qəbul edibK.
Nazirlər Kabineti yanında Operativ Qərargah qərarını “COVID-19 infeksiyasına yoluxmanın dinamikasında müsbət tendensiyanın müşahidə olunması və iqtisadi fəallığın gücləndirilməsi zərurəti” ilə izah edib.
Azərbaycanda iyunun 21-dən tətbiq edilən xüsusi karantin rejimi avqustun 5-dən qismən yumşaldılıb.
Xüsusi karantin zonasına daxil olan şəhər və rayonlarda insanların evlərini SMS icazə, xidməti vəsiqə, icaze.e-gov.az portalı vasitəsi ilə tərk etmək sistemi ləğv olundu, çimərliklərə giriş qadağası ləğv edildi.
COVİD-19 pandemiyası ilə bağlı bu il martın 24-dən Azərbaycanda karantin rejimi elan edilib. Karantin avqustun 31-nə kimi uzadılıb. Gündəlik yoluxmada azalma olduğundan rejim aprelin 27-dən mərhələlərlə yumşaldılmışdı. Amma bu, əks proses doğurduğundan iyunun 21-dən Bakı və ölkənin bir çox yerlərində karantin yenidən sərtləşdirilib.
Mənbə: Meydan TV