“Kanal 13” rəhbəri Əziz Orucov 2 il azadlıqdan məhrum edilib.

Bu gün Səbail rayon Məhkəməsində onun haqqında hökm çıxarılıb.

İttihama əsasən, Əziz Orucov Səbail rayonu ərazisində tikinti üçün icazə olmadan ev inşa etdirib.

Orucov isə bu ittihamın absurd olduğunu deyir, özünü təqsirli bilmir. Onun sözlərinə görə, Bakı və Bakıətrafı ərazilərdə 500 minə qədər icazəsiz tikilən ev var, ancaq buna görə heç kim onun kimi həbs olunmayıb.

Əziz Orucov “Kanal 13”ə görə cəzalandırıldığını bildirib. O, 2023-cü il noyabrın 27-də saxlanılıb, evində və kanalın ofisində axtarış aparılıb.

Leave A Reply