
Oktyabrın 22-də yağış suları Bakı şəhərində həyatı iflic edib.
Evini su basan iki nəfər Binə sakini çıxış yolu olaraq maşın yolundakı kanalizasiya qapağını qaldırmaq gərarına gəliblər.
Nəticədə Binə qəsəbəsinə gedən yol avtomobillərin hərəkətinə bağlanıb.
Təxminən 5 dəqiqə ərzində nəqliyyatın hərəkətinin intensiv olduğu yolda tıxac yaranıb. Əraziyə gələn polislər həmin şəxsləri saxlayaraq barələrində protokol tərtib ediblər.
Daha sonra isə Xəzər Rayon Məhkəməsinin qərarı ilə hər iki şəxs İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsilə 7 sutka müddətinə həbs edilib.