Hadisə eyni kamerada saxlanılan Zahidikəhriz Abbasov və Oleq Abışev arasında baş verib.

Qeyd edək ki, 1974-cü il təvəllüdlü Zahidikəhriz Abbasov qəsdən adam öldürmə ittihamıyla yenidən mühakimə olunur. O, 20 yaşından – 1994-cü ildən həbsdədir. Rusiyada qətl hadisəsinə görə ömürlük cəzalandırılan Zahidikəhriz Abbasov 20 il orada həbs həyatı yaşayandan sonra Azərbaycana gətirilib.

İttihamda yazılıb ki, hadisə söyüşə görə baş verib. Belə ki, Zahidikəhriz Abbasov Oleq Abışevi yumruqla, stəkanla vurub, onu yerə yıxıb, nəticədə o, başından xəsarət alıb.

Abbasov hadisə barədə danışarkən deyib ki, Abışev siqaret çəkmək istədiyi vaxtda onun kibriti olmayıb. Kibriti olan məhbus həmin vaxt yatmağa gedib, Abışev isə ünvansız şəkildə söyüş söyməyə başlayıb. Buna əsəbləşən Abbasovlə Abışev arasında dava düşüb. Nəticədə Oleq Abışev Penitensiar Xidmətin Müalicə Müəssisəsinə aparılsa da bir neçə gün sonra həyatını dəyişib.

Leave A Reply