
Azərbaycan Ordusunun 4 hərbi qulluqçusu həlak olub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ilkin ehtimala görə hərbçilər Laçın rayonu ərazisində kükürd qazlı termal sularda çimərkən zəhərləniblər.
Həyatını itirən hərbçilər:
Kapitan Emnalıyev Asif Qəhrəman oğlu, gizir Cəbrayılov Fərid Famil oğlu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Səmədov Tural Maşallah oğlu və çavuş Şahmarlı Emin Oqtay oğlu.