220 min manat 7 günlük sərgi üçün!

Mədəniyyət Nazirliyi 7 günlük kitab sərgisi üçün “Paşa Holdinq”ə bağlı şirkətə 220 min ödəyəcək.

Mədəniyyət Nazirliyinin tabeliyinidə fəaliyyət göstərən “Əsaslı Tikinti və Təchizat” MMC “Pasha Property Management” MMC ilə satınalma müqaviləsi imzalayıb.

Müqavilənin şərtlərinə görə, “Pasha Property” Beynəlxalq Kitab Sərgisinin keçirilməsi üçün Bakı EXPO Mərkəzinin 1-ci zalını (4000 kv. metr) Mədəniyyət Nazirliyinə icarəyə verəcək və qarşılığnda 220 min 380 manat 34 qəpik alacaq.

Bakı Ekspo Mərkəzində keçiriləcək Bakı Beynəlxalq Kitab Sərgisi oktyabrın 2-dən 8-dək davam edəcək.

Leave A Reply