“Azəriqaz” sizə də əlavə borc yazır?

 “Azəriqaz” Atletlər kəndinə 72 min borc yüklədi, məhkəmə isə qərarı ləğv elədi.

“Olympic Residence” (Atletlər kəndi) “Azəriqaz”ı məhkəməyə verib. Səbəb isə heç bir əsas göstərmədən bir aya 72 min 418 manat borc yazılmasıdır.

Əsassız tətbiq edilmiş 72 418 manat borc hər ay ödənilmədən növbəti dövrə ötürülüb. Şirkət dəfələrlə “Azəriqaz”a müraciət etsə də, heç bir cavab ala bilməyib.

 Sonda Bakı Kommersiya Məhkəməsinin qərarı ilə “Azəriqaz”a borcun silinməsi öhdəliyi qoyulub.

Leave A Reply