Müxalifət mitinq qərarı verən kimi “Məhsul” stadionu “təmirə bağlandı”
Foto: Hamam Times
Milli şuranın ən kütləvi mitinqlərinin keçirildiyi “Məhsul” stadionu lentlə hasara alınıb.
Maraqlıdır ki, AXCP 21 aprel tarixi bu stadionda mitinq keçirmək istəyirdi, icra hakimiyyətindən mənfi cavab gələndən sonra isə 5 may tarixi üçün yenidən müraciət edilmişdi.
Yasamal rayon Mənzil Kommunal İdarəsindən bildirib ki, gələn aydan ərazidə futbol yarışları keçiriləcək. Ərazini əhatəyə alan lentlər də stadionda salınacaq qazonlarla bağlıdır.