“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Qara Qarayev “Neftçi”yə qarşı keçirilən oyundan sonra danışıb.

O, jurnalistin Haiti və Belarusla yoxlama oyunları barədə sualına belə cavab verib:

“Millinin oyunçuları barədə heç nə deməyəcəyəm. Hər zaman onlara dəstəyəm və dəstək də olacağam. Çünki onlar dəstəyə layiqdirlər. 

Bizdə futbolçu yetişmirsə, bir mövqeyə 3-4 futbolçu çağıra bilmiriksə, deməli, problem meydandan kənardadır. Oyunçu yetişdirə bilmirik, fərqli şeylərə diqqət yetirməliyik. 

Bu gün biz məşq etməyə meydança tapa bilmirik. Stadion problemi yaşayırıq. Amma deyirik ki, sabah Fransaya qarşı heyət düzəltməliyik. Bu, nə dərəcədə mümkündür?”

Leave A Reply