Naxçıvandan şikayət var!
Məktəblərdə gözətçi və xadimə işləyənlərin hər birinin aylıq maaşından 150 manat pul tutulur.
Onlara məcburi tutulan bu pulların Qarabağ Dirçəliş Fonduna yatırılacağı bildirilib.
Bu haqda “Gündəlik Naxçıvan”a maaşı kəsilən işçilər məlumat veriblər.
Onlar deyirlər ki, bu göstəriş yerli təhsil nazirliyindən gəlib.
Şərur məktəblərinin birində gözətçi işləyən Elxan Hüseynov deyir ki, etiraz edənləri işdən çıxartmaq hədələyirlər:
“Bu dövlət nə günə qalıb ki, Qarabağı dirçəltmək üçün süpürgəçi və gözətçilərin puluna göz dikir. Yardım könüllü olmalıdır, məcburi yox. Mən şəxsən 5-10 manat könüllü yardım verərdim. Maaşımın tən yarısını kəsiblər az qala. 350 manat alırdım, bu ay 200 verdilər”.