Meyxanaçı Mahir Qonşuyev onu Bandotdel-də “narkotiklə şərləyib” tutduqlarını, ifadə sənədini isə işgəncə altında imzaladığını deyib:
“Məni idarədə təhqir edirdilər, başıma yumruqla, kürəyimə təpiklə vururdular… Hazır ifadəni gətirdilər. Elə sözlər deyirdilər ki, qol çəkməyə bilməzdim”
Mahir, Dekabrın 12-si “Ağır Cinayətlərdə” keçirilən məhkəmədə işin qurama olduğunu bildirib. Əvvəl istifadə etsə də, sonra pis vərdişlərdən əl çəkdiyini etiraf edib.
Mahiri “külli miqdarda narkotik daşımaq” maddəsi ilə 3 ildən 8 ilə qədər həbs gözləyir.