Nazirin 12 700 manatlıq gödəkcəsi
Maliyyə naziri Sahil Babayevin qeyri-rəsmi geyimdə fotosu yayılıb. Fotoda nazirin geyindiyi dəri gödəkcənin İtaliyanın lüks geyim markası “Brunello Cucinelli”nin “Dark Brown Double-Sided Leather Vest” modeli olduğu deyilir.

Bu model Türkiyənin “Beymen” mağazasının saytında 377 950 türk lirəsinə, yəni təxminən 12 700 manata satışa çıxarılıb.
Sahil Babayev maliyyə naziri təyin olunmazdan əvvəl əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində çalışıb. Onun həmin dövrdəki fəaliyyəti, xüsusilə pensiya və sosial təminat məsələləri tez-tez ictimai tənqid mövzusu olub.


