Millətlər Liqasının qaydası

Azərbaycan millisinin və “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev futbolçuların UEFA Millətlər Liqasının qaydalarından xəbərsiz olduğunu etiraf edib. Onun sözlərinə görə, komanda Lixtenşteynlə oyunda ən azı iki qol vurmalı olduğunu və Avropa çempionatının pley-off mərhələsinə yüksəlmək üçün D divizionunda birinci yeri tutmağın vacibliyini bilməyib.

“Əvvəlcədən bu qaydadan xəbərimiz yox idi. Deyəsən, əvvəllər belə qayda mövcud deyildi, sonradan əlavə edildi. Biz sadəcə qalib gəlmək və qrupu birinci pillədə başa vurmaq barədə düşünürdük”, - deyə Məhəmmədəliyev bildirib.

Azərbaycan həmin oyunda Lixtenşteyni səfərdə 1:0 hesabı ilə məğlub edib. Komanda bir qol da vura bilsəydi, Avropa çempionatının pley-off mərhələsinə birbaşa yüksəlmək şansı qazanacaqdı. Milli komanda ilin son oyununda isə Andorranı 3:1 hesabı ilə udub, kapitan Emin Mahmudov həmin oyunda millidəki son matçını keçirib.

Leave A Reply