İlham Əliyev verdiyi ordenlə “ancaq metroya minmək olur” dedi, sonra üzr istədilər.
Fransada keçirilən Olimpiya Oyunlarının bürünc medalçısı, Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov Rusiyada verdiyi müsahibədə səsləndirdiyi fikirlərdən sonra üzr istəyib.

İlham Əliyev Maqomedxan Maqomedovu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

Maqomedxan Rusiya mətbuatına verdiyi müsahibədə zarafatla deyib ki, “mənə verilən ordenlə ancaq metroya minmək olur”.

Müsahibədən sonra Maqomedxan yeni açıqlama verib.

O bildirib ki, Azərbaycan prezidentinin verdiyi orden mənim üçün çox dəyərlidir və heç bir hörmətsizlikdən söhbət gedə bilməz:

“Baş verənlərlə əlaqədar mən Azərbaycan Respublikasının prezidentindən və bütün Azərbaycan xalqından üzr istəmək istəyirəm”

Qeyd edək ki, Maqomedxan olimpiya üçüncüsü olaraq 150 min manat pul mükafatı alıb.

Leave A Reply