Mariya Stadnik 10-cu dəfə Avropa çempionu olub.
Buxarestdə keçirilən Avropa çempionatında qadın güləşçilərin mübarizəsində ilk mükafatçılar bəlli olub.
Azərbaycan millisinin iki üzvü – Mariya Stadnik və Alyona Kolesnik finalda qələbə qazanaraq Avropa çempionu tituluna yiyələniblər.
Yarışda 9 qat Avropa çempionu Mariya Stadnik də 10-cu titul üçün xalçaya çıxıb. O, həlledici görüşdə türkiyəli Evin Demirhanı 10:0 hesabı ilə məğlub edərək, 10-cu dəfə qitənin ən güclüsü adını qazanıb.