Masallıdan şikayət var.

“Məktəb qəzalı vəziyyətə düşüb, hər an uçmaq təhlükəsi var”

Boradigah qəsəbəsi N.Gəncəvi adına 1 saylı tam orta məktəbi təhlükəli vəziyyətə düşüb.

Elm və Təhsil Nazirliyinin Tikinti İdarəsi 2022 ci ildə məktəbin dam örtüyünün bir hissəsini söküb, ertəsi gün isə söküntünü dayandırıblar. 

Nazirlikdən deyiblər ki, məktəbi H.Əliyev Fondu əsaslı təmir edəcək, lakin o vaxtdan heç bir təmir işi aparılmayıb. 

Sakinlərin sözlərinə görə, binanın bir hissəsinin damı söküldüyündən məktəb yağış və qarın altında qalaraq, daha da qəzalı vəziyyətə düşüb və hər an uçmaq təhlükəsi var. 

Leave A Reply