Media İnkişaf Agentliyi yeni müsabiqə elan edib. Müsabiqənin qalibi isə 2 meyar əsasında müəyyənləşəcək.
- Son 3 aylıq dövr ərzində hər ay üzrə ən yuxarı göstəricili 2 məqalə
- Veb-saytın dizaynı
Agentliyin saytında qeyd olunan məlumatda bildirilir ki, müsabiqədə iştirak etmək üçün müraciət edən veb-sayt öz “Google Analytics” hesabına yazılı giriş icazəsi təqdim etməlidir.
Müsabiqəyə ictimai-siyasi və idman məzmunlu kütləvi informasiya dərc edən onlayn media subyektləri (veb-saytlar) müraciət edə bilərlər.
Məlumatda o da qeyd edilib ki, tələb olunan sənədlər “.pdf” yaxud “.jpeg” versiyada “Medianın inkişafına dəstək layihələri üzrə elektron informasiya bankı”na daxil edilməlidir.
Qiymətləndirməni Media İnkişaf Agentliyinin müəyyən etdiyi 3 müstəqil ekspert həyata keçirəcək.
Agentlik tərəfindən maliyyələşdirilən onlayn media subyektlərinin (veb-saytların) hər birinə aylıq 3 min manat məbləğində maliyyə yardımı ayrılacaq.
Maliyyə yardımından aşağıdakı formada istifadə edilə bilər:
- Onlayn media subyektinin (veb-saytın) müvafiq sayda işçilərinin hər birinin əməkhaqqının minimum məbləği 600 manat təşkil etməli
- Maliyyə yardımının digər hissəsi veb-saytın infrastrukturunun gücləndirilməsi
- Saytın dil imkanlarının genişləndirilməsi
- Saytın təhlükəsizliyinin təmin edilməsi
- Saytın rəqəmsal keyfiyyətinin artırılması
Müsabiqə qaliblərinə maliyyə yardımı 2022-ci ilin 1 yanvarından etibarən 6 ay davam edəcək.
Son müraciət tarixi: 7 yanvar 2022-ci il, saat 18:00.
Mənbə: Mikroskop Media