Ev təsərrüfatlarının uçotu
Azərbaycanda ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüterlərin və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumat toplanacağı bildirilir.
Uçotda evin internetə hansı üsulla qoşulduğu da göstəriləcək. Provayderdən çəkilmiş telefon xətti, kabel televiziyası və ya optik kabellə internetə qoşulan evlərdə “sabit çıxış”, mobil telefon, data kart və USB modemlə qoşulan evlərdə isə “simsiz çıxış” qeyd olunacaq.
Yeni qayda 2027-ci il yanvarın 1-dən tətbiq olunacaq.


