Foto: Hamam Times

 

Milli Şura beynəlxalq təşkilatları Əliyev rejiminə sanksiyalar tətbiq etməyə çağırdı:

“Beynəlxalq təşkilatları və demokratik dünyanı Azərbaycanda tüğyan edən repressiya rejiminin anti-insani əməllərinə biganə qalmamağa, insan hüquqları və azadlıqların düşməninə çevrilmiş Əliyev rejiminə qarşı ünvanlı sanksiyalar tətbiq etməyə çağırırıq”.

Bu barədə Milli Şuranın yaydığı bəyanatda qeyd olunub.

Milli Şura hesab edir ki, azad mediaya divan tutulması, cəmiyyətin yüksək rəğbətini qazanmış Qubad İbadoğlu, Tofiq Yaqublu kimi siyasi liderlərin əsassız və gülünc iddialarla həbsə atılması xalqın hiddətinə səbəb olub.

Milli Şura İlham Əliyev rejimini Azərbaycanı totalitar idarəçilik yoluna sürükləmək cəhdlərindən çəkinməyə çağırır.

Leave A Reply