Qondarma Dağlıq Qarabağ Respublikasının (DQR) prezidenti Arayik Arutyunyan hökumətin başçısı vəzifəsinə “Troyka Dialoq” (Sberbank CIB) şirkətinin keçmiş rəhbəri, Skolkovo Moskva Menecment Məktəbinin ilk prezidenti, milyarder Ruben Vardanyan təyin edilib.
Forbesə əsasən, Vardanyanın 1,3 milyard dollar dəyərində sərvəti var. 2000-ci ildən bəri Rusiya Sənayeçiləri və İşadamları Birliynin üzvü olan Ruben Vardanyan bir sıra böyük şirkətin CEO-su və rəhbər vəzifələrində olub.
Sentyabrın əvvəlində Ruben Vardanyan Rusiya vətəndaşlığından imtina edərək Dağlıq Qarabağa köçmək niyyətində olduğunu bəyan edib. Bundan sonra qondarma DQR-in rəhbəri Ruben Vardanyana hökumət başçısı vəzifəsini təklif edib.