Çinin kosmosa göndərdiyi və nəzarətdən çıxan 23 tonluq Long March 5B raketi Yerə düşüb.
Raketin düşmək ehtimalı olan yerlər arasında Türkiyənin də olduğu iddia edilirdi. Dünən Yerə daxil olan raket Sakit okeana düşüb. ABŞ Kosmik Komandanlığının Twitter hesabındakı paylaşımda bildirilib ki, raket okeanın cənubuna düşüb.
Qeyd edək ki, bundan əvvəl də oxşar hadisə baş vermişdi. Çinin 24 iyulda buraxdığı daha bir Long March 5B raketi idarəetmədən çıxaraq Filippin ərazisinə düşmüşdü.

Leave A Reply