İkinci dəfə minaya düşən Tərtər sakini həlak olub.
Foto: Trend.az

Tərtər sakini Yaquar Hadıyev bu ilin mart ayında minaya düşərək ayağını itirmişdi.

Yaquar Hadıyev bu gün Tərtərin Çaylı kəndində yenidən piyada əleyhinə minaya düşüb. Lakin bu dəfə həlak olub.

Yaquar Hadıyev bundan əvvəl bir neçə dəfə azad olunmuş ərazilərə icazəsiz daxil olduğuna görə ona rəsmi xəbərdarlıq da olunub. Lakin buna baxmayaraq o yenidən əraziyə keçib və minaya düşüb.

Leave A Reply