Prokuror işçi haqları fəalına 7 il iş istəyib

Möhyəddin Orucov ATEF zavodunda işləyərkən saxlanılıb. İş yoldaşlarının dediyinə görə, onun narkotiklə şərlənərək həbs edilməsi iş yerindəkı etirazlarına görə baş verib.

Möhyəddin Orucova ilk əvvəl 30 sutka cəzası verilmiş, çıxdıqdan qısa müddət sonra isə ona qarşı cinayət işi açılmışdı. 13 dekabr 2023-cü ildə həbs edilən Orucov 5 dekabrda HamamTimes-a verdiyi müsahibəsində bildirib ki, onu işlədiyi ATEF Şirkətlər Qrupu şərləyib, həbs etdirib.

Orucov deyib ki, maaşların aylarla gecikdirilməsi və digər hüquq pozuntuları səbəbilə “ATEF“ şirkətini Əmək Müfəttişliyi və DOST agentliyinə şikayət edib. Buna görə hətta 32-ci polis bölməsinin rəisi Samir Çobanov ondan soruşub ki, niyə “ATEF“i məhkəməyə vermisən, üstəlik, dövlətə qarşı da nələrsə yazmısan. Orucov polis bölməsində işgəncəyə də məruz qalıb.

İndi isə Möhyəddin Orucova uzunmüddərtli həbs verilə bilər. Prokuror ona qarşı 7 il həbs cəzası tələb edib.

“İşçi Masası“ Həmkarlar İttifaqları Konfederasiyasının üzvü olan Möhyəddin Orucov 1 il 2 aydan çoxdur həbsdədir. O, Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsi ilə təqsirləndirilir.

Leave A Reply