Azərbaycan futbolunda fırıldaq aşkarlanıb!

Bu barədə UEFA-nın oyunların toxunulmazlığı üzrə məsul nümayəndəsi Seymur Səlimli məlumat verib.

Qurum rəsmisi bu barədə qitə futbol təşkilatından və əməkdaşlıq etdikləri “SportRadar” şirkətindən siqnal aldıqlarını çatdırıb:

“Çox təəssüf ki, danışılmış oyunlarla bağlı siqnallar gəlməkdə davam edir. Hazırda yeni bir məlumatı sizinlə bölüşə bilərəm. Birinci Liqanın 18-ci turunun bir oyununa Asiya ölkələrindən birində böyük məbləğdə mərc edilib. Söhbət MOİK – “Difai Ağsu” matçından gedir. Bu oyunda 4 qol olacağına iddia edilib. Aldığımız məlumat barədə hüquq-mühafizə orqanlarına rəsmi məlumat hazırlayırıq və yaxın saatlarda təqdim edəcəyik. Araşdırmalar davam edir. Yəqin ki, gün ərzində bu barədə əlavə məlumat veriləcək”.

Qeyd edək ki, sözügedən oyunda məhz 4 qol vurulub – görüş “hərbçilər”in 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Mənbə: Fanat.az

Leave A Reply