Ayıbdır ya məcburiyyət?

“Müəllimin dərs dediyi uşağa dərsdən sonra repetitorluq etməsi ayıbdır“

Bu fikirləri Təhsil naziri Emin Əmrullayev səsləndirib.

Nazir deyib ki, repetitorluq seçim məsələsidir. O həmçinin bildirib ki, repetitorluq vicdan məsələsidir.

Əmrullayevin sözlərindən belə çıxır ki, repetitorluq edən müəllimlər vicdansızdır.

Nazir unudub ki, müəllimlərin qəpik-quruşa işlədiyi Azərbaycanda repetitorluq hər şeydən əvvəl məcburiyyət məsələsidir.

Sizcə, müəllimlər nəyə görə şagirdlərə repetitorluq təklif edirlər?

Vicdansız olduqları üçün? Ya məcbur qaldıqları üçün?

Sizcə, Azərbaycanda müəllim maaşıyla yaşamaq mümkündür?

Leave A Reply